Yuxarı
    Bağlamaq

    Türkiyənin Azərbaycandakı səfirliyi: "Türkiyədə baş verən hadisələr xalqın seçdiyi hökumətə qarşı edilən çevriliş cəhdidir"

    Türk Silahlı Qüvvələrinin daxilindəki bir qrupun işidir və buna xalqımız tərəfindən cavab verildi

    Bakı. 16 iyul. REPORT.AZ/ "Türkiyədə baş verən hadisələr xalqın seçdiyi hökumətə qarşı edilən çevriliş cəhdidir. Millətimiz birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxıb". 

    "Report" xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda belə deyilir.

     "Prezidentimiz və hökumətimiz öz vəzifələrini icra etməkdədir. Bu Türk Silahlı Qüvvələrinin hamısının iştirak etdiyi hadisə deyil. Türk Silahlı Qüvvələrinin daxilindəki bir qrupun işidir və buna xalqımız tərəfindən cavab verildi", - deyə bəyanatda vurğulanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi