Türkiyənin Azərbaycandakı səfirliyi referendumda səsvermənin gedişi barədə məlumat verib

Türkiyənin Azərbaycandakı səfirliyi referendumda səsvermənin gedişi barədə məlumat verib "Səsvermə aktiv seçici fəallığı ilə dinc şəraitdə keçib"
Xarici siyasət
10 Aprel , 2017 13:59
Türkiyənin Azərbaycandakı səfirliyi referendumda səsvermənin gedişi barədə məlumat verib

Bakı. 10 aprel. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı aprelin 9-da keçirilən referendumda səsvermənin gedişi barədə məlumat verib.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfirlikdəki seçki məntəqəsində səsvermə aktiv seçici fəallığı ilə dinc şəraitdə keçib.

Bakıda 5632, Naxçıvanda 234, Gəncədə 213 Türkiyə vətəndaşının səsvermə hüququnun olduğu qeyd edilib.

Eyni zamanda, seçkinin dəqiq nəticələri və seçici fəallığının dəqiq göstəricisinin Türkiyə Yüksək Seçki Komissiyasına göndərilmiş seçki qutuları açıldıqdan sonra elan ediləcəyi bildirilib.

Qeyd edək ki, Türkiyənin özündə referendum aprelin 16-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi