Türkiyənin Azərbaycandakı səfirinin diplomatik missiyasının başa çatması münasibətilə qəbul keçirilib

Türkiyənin Azərbaycandakı səfirinin diplomatik missiyasının başa çatması münasibətilə qəbul keçirilib Səfir Azərbaycan rəhbərliyinə Bakıdakı diplomatik missiyasında göstərdiyi köməyə görə təşəkkür edib
Xarici siyasət
1 Oktyabr , 2016 18:40
Türkiyənin Azərbaycandakı səfirinin diplomatik missiyasının başa çatması münasibətilə qəbul keçirilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyində səfir İsmayıl Alper Coşqunun diplomatik missiyasının başa çatması münasibəti ilə qəbul keçirilib.

"Report" xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin tədbirdə çıxış edərək bildirib ki, İsmayıl Alper Coşqun karyerasına 1988-ci ildə karyerasına başlayıb və öz işində bir sıra yüksək zirvələri fəth edib. O, həmkarına gələcək fəaliyyətində uğur arzulayıb və bütün kolleqaları adından hədiyyəni təqdim edib.

İ.A.Coşqun isə öz növbəsində bildirib ki, diplomatın həyatının ağır anlarından biri də ölkəylə, dostlarla vidalaşmadır. O qeyd edib ki, Bakıda diplomat işi ən böyük məsuliyyəti tələb edir, bu, həmçinin böyük imtiyazdır.

Səfir Azərbaycan rəhbərliyinə və həmkarlarına Bakıdakı diplomatik missiyasında göstərdikləri köməyə görə təşəkkür edib.

Xatırladaq ki, İ. A. Coşqun 2012-ci ildə Azərbaycana səfir təyin edilib.

Son xəbərlər

Orphus sistemi