Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
30 İyun , 2016 18:33
Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının Azərbaycandakı səfiri Alper Coşqun ilə görüşüb.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.

Elmar Məmmədyarov 28 iyun 2016-cı il tarixində İstanbulun Atatürk hava limanında törədilmiş qanlı terror aktı ilə əlaqədar həmkarı Mevlüt Çavuşoğluna dərin hüznlə başsağlığı məktubu göndərdiyini qeyd edərək, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib.

Sonra görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.