Türkiyəli nazir: “Dəyərlərimizə qarşı olanlar birləşiblər və bizə vicdansızcasına hücum edirlər”

Türkiyəli nazir: “Dəyərlərimizə qarşı olanlar birləşiblər və bizə vicdansızcasına hücum edirlər” “Qardaş Azərbaycanla əməkdaşlığımızı davam etdirməkdə qərarlıyıq. Türk dünyasındakı bütün proseslər bizi maraqlandırır”.
Xarici siyasət
15 Noyabr , 2023 10:13
Türkiyəli nazir: “Dəyərlərimizə qarşı olanlar birləşiblər və bizə vicdansızcasına hücum edirlər”

“Dəyərlərimizə qarşı olanlar indi birləşiblər və bizə vicdansızcasına hücum edirlər”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki noyabrın 15-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

O söyləyib ki, Türkiyə Azərbaycanla əməkdaşlığı davam etdirməkdə qərarlıdır: “Türk dünyasındakı bütün proseslər bizi maraqlandırır. Biz kədərə də, sevincə də şərik oluruq. Odur ki, Azərbaycanla da əməkdaşlığı davam etdirəcəyik. Bir olmağa davam edəcəyik. Bu, hazırkı dövrdə xüsusilə çox vacibdir. Çünki dəyərlərimizə qarşı olanlar indi birləşiblər və vicdansızcasına hücum edirlər”.

Son xəbərlər

Orphus sistemi