Türkiyəli millət vəkili: “İnanırıq ki, Xəzərdəki enerji ehtiyatları ilə dünya insanının gələcəyi işıqlanacaq” - VİDEO

Türkiyəli millət vəkili: “İnanırıq ki, Xəzərdəki enerji ehtiyatları ilə dünya insanının gələcəyi işıqlanacaq” - VİDEO "Dünyadakı enerji bütün insanlığın xöşbəxtliyinə, barışına, rifahına xərclənməlidir"
Xarici siyasət
12 İyul , 2017 16:01
Türkiyəli millət vəkili: “İnanırıq ki, Xəzərdəki enerji ehtiyatları ilə dünya insanının gələcəyi işıqlanacaq” - VİDEO

İstanbul. 12 iyul. REPORT.AZ/ "İstanbulda keçirilən XXII Dünya Neft Konqresində ölkə liderlərinin dediyi kimi, bu gün Azərbaycan nəhəng enerji layihələrinin icraçısıdır." 

Bunu “Report”a müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından (“AK Parti”) olan millət vəkili Hasan Turan bildirib.

O qeyd edib ki, Azərbaycan enerji mövzusunda çox əhmiyyətli bir ölkə hesab olunur: “Dünyaya ötürülən enerji ehtiyatlarında Azərbaycanın çox vacib bir yerdə olduğunu bütün liderlərin çıxışlarında dinlədik. Biz inanırıq ki, Xəzərdəki enerji ehtiyatları ilə dünya insanının gələcəyi işıqlanacaq. Bunu hər addımda nümayiş etdirərək günümüzün çox əhəmiyyətli bir enerji nəhənginə çevrilən qardaş Azərbaycanın Türkiyə ilə nəhəng enerji layihələri var. Ümid edirik və inanırıq ki, dünyada nüfuz sahibi olan Azərbaycan və Türkiyə arasında möhkəmlənən dostluq, qardaşlıq bağları daha da güclənəcək və bu bərabərlik hər iki ölkəni uğurlu gələcəyə aparacaq”.

Hasan Turan XXII Dünya Neft Konqresi barədə danışarkən vurğulayıb ki, bütün dünyanın ən qabaqcıl neft istehlakçıları, nəhəng enerji tədarükçələri, dünya liderləri neft kongresinə qatılmaqla İstanbuldan dünyaya bir enerji yaymış oldular: “Belə möhtəbər bir kogresə İstanbulun ev sahibliyi etməsi bizim üçün qürurvericidir. İstanbul bir çox mədəniyyətlərə ev sahibliyi etmiş qədim ipəkyolunun üzərində yerləşən şəhərdir”.

Türkiyəli millət vəkili qeyd edib ki, enerji deyəndə bu gün dünyada müharibələr, göz yaşları, ədalətsizliklər, işğallar ağla gəlir: “Ancaq biz bunu istəmirik. Enerji bir gücdür, inkişafdır, gələcəkdir, rifahdır, bir sözlə insanlığın gələcəyidir. Biz bunları dünyadakı güclərə aşılamağa çalışırıq. İstəyirik ki, ədalətli bir şəkildə istehsalçılar, tədarükçülər, loqistikaya dəstək verənlərin arasında olan birliklə dünya insanının gəlcəyi inşa olunsun. Dünyadakı enerji bütün insanlığın xöşbəxtliyinə, barışına, rifahına xərclənməlidir”.

Hasan Turan vurğulayıb ki, bu gün müsəlman ölkələrində müharibələr, köçlər, qaçqınlar və göz yaşları var: “Bu gün Suriyada, İraqda qədim mədəniyyətlərin paytaxtı olan onlarla şəhərlər yıxılıb yerlə bir edilir. Biz enerjinin insanlığın öldürülməsinə deyil, barışına qapı açmasını istəyirik. Pay bölgüsü davaları etməyək, bölüşmək üçün bir yerə gələk. Düşünürəm ki, elə bu səbəblərdən də belə konqreslərin keçirilməsi günümüzün ən böyük ehtiyacıdır”. 

Son xəbərlər

Orphus sistemi