Türkiyəli deputat: "Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır"

Türkiyəli deputat: "Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır" "Əgər Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və düşmənçilik hərəkətlərinə son qoymalıdır".
Xarici siyasət
24 İyun , 2021 14:53
Türkiyəli deputat: Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır
Ahmet Yıldız

"Əgər Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və düşmənçilik hərəkətlərinə son qoymalıdır".

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Ahmet Yıldız bildirib.

Onun sözlərinə görə erməni deputatlar AŞPA-nın sessiya iclaslarında müzakirə olunan mövzulardan tamamilə uzaqlaşaraq Azərbaycanın ünvanına yerli-yersiz ittihamlar səsləndirirlər: "Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri iclaslar zamanı çox tez-tez söz alaraq Azərbaycandan danışmağa, ötən il baş verən müharibə növzusunu qaldırmağa cəhd göstərirlər. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfərinə toxunan Ermənistan nümayəndə heyətinin üzvünün "işğal altında olan Şuşa" ifadəsinə yol verməsi onların nə dərəcədə dürüst olmadıqlarını göstərir. Lakin biz hər dəfə ehtiyac olduqca onların lazımi cavablarını verməkdə davam edirik. Sonda onların səyləri nəticəsiz qalır".

A.Yıldız deyib ki, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviçin AŞPA-nın yay sessiyası zamanı Ermənistan nümayəndə heyətinin erməni əsirlərlə bağlı sualını cavablandırarkən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi məsələsinə toxunması gözlənilən idi: "Baş katib erməni əsirlərin azad edilməsini alqışladığını və əsas məsuliyyəti Ermənistanın daşıdığını bildirdi. Bu, baş katibdən gözlənilən cavab idi. Ümumiyyətlə, onun cavabı Azərbaycanın ərazi bütövlüyünün tanınması idi".

Türkiyəli deputat həmçinin Avropa Şurası və Avropa Şurası Parlament Assambleyasının gələcəyinə nikbinliklə baxdığını vurğulayıb: "Burada sərt müzakirələr çox olur, bu da təbiidir. Biz bundan sonra da öz mövqeyimizi müdafiə etməkdə davam edəcəyik. Biz bu gün burada ən çox ədalətsizlik görən ölkələrdənik. Ona görə də bizim daha artıq işləməyimizə ehtiyac var. Bu baxımdan səylərimizi daha da gücləndirməliyik".

Son xəbərlər

Orphus sistemi