"Türkiyədə fevralın 6-da baş verən zəlzələ bölgəsində valideynlərini itirən uşaqların digər ölkələrdə yaşayan şəxslərə övladlığa verilməsi müzakirə mövzusu deyil".
“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın göndərdiyi iki mobil səhra xəstəxanası zəlzələ bölgəsində yerləşdirilib: “Ehtiyac olduğu təqdirdə yaralılar Azərbaycana köçürülə bilər”.