Türkiyədə terrora qarşı mübarizə ilə bağlı tədbir keçirilib

Türkiyədə terrora qarşı mübarizə ilə bağlı tədbir keçirilib Tədbirdə çıxış edənlər FETÖ-nun fəaliyyətinə, müxtəlif ölkələrdə strukturlaşma sxeminə və şəbəkənin genişlənmə mexanizminə toxunublar
Xarici siyasət
25 Noyabr , 2017 17:47
Türkiyədə terrora qarşı mübarizə ilə bağlı tədbir keçirilib

Bakı. 25 noyabr. REPORT.AZ/ Türkiyənin Polis Akademiyasının Terror və Təhlükəsizlik Araşdırmaları Mərkəzi (UTGAM) Antalyada “FETÖ beynəlxalq təhdid kimi” mövzusunda simpozium keçirib.

“Report”un xəbərinə görə, tədbirdə ABŞ prezidenti Donald Trampın seçki kampaniyasındakı müşaviri Teodor Ruzvelt Mallok, Rusiya Təhlükəsizlik Akademiyasının Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri Tələt Ənvəroviç, araşdırmaçı yazar Nədim Şənər, “Yeni Çağ” analitik internet qəzetinin baş redaktoru Aqil Ələsgər, Azərbaycan Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının dosenti Mürtəza Həsənov və digərləri çıxış edib.

Onlar çıxışlarında FETÖ-nun fəaliyyətinə, müxtəlif ölkələrdə strukturlaşma sxeminə və şəbəkənin genişlənmə mexanizminə ətraflı toxunublar.