Türkiyədə sənədsiz məskunlaşmış azərbaycanlıların qeydiyyat problemi həll ediləcək - FOTO

Türkiyədə sənədsiz məskunlaşmış azərbaycanlıların qeydiyyat problemi həll ediləcək - FOTO İstanbul. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə yaşayan və fəaliyyət göstərən soydaşlarımızla, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb.
Xarici siyasət
16 Dekabr , 2018 18:17
Türkiyədə sənədsiz məskunlaşmış azərbaycanlıların qeydiyyat problemi həll ediləcək - FOTO

İstanbul. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə yaşayan və fəaliyyət göstərən soydaşlarımızla, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb.

"Report"un Türkiyə bürosunun məlumatına görə, İstanbulda baş tutan görüşdə komitə sədrinin birinci müavini Valeh Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti, işçi qrupunun üzvləri, Türkiyənin bir çox şəhərlərində fəaliyyət göstərən Azərbaycan dərnəklərinin rəhbərləri, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun nümayəndələri, tələbələr və Türkiyədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Tədbirdə ilk olaraq komitə tərəfindən hazırlanan, Türkiyədə aktiv fəaliyyətlə məşğul olan həmvətənlərimizdən bəhs edən qısa film təqdim olunub. Komitənin aparat rəhbəri Daşqın Rəcəbli çıxış edərək bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, o cümlədən, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyasının gücləndirilməsi məqsədilə Türkiyədə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizlə sıx əməkdaşlıq edir. Son vaxtlar komitənin intensiv şəkildə Türkiyədə yaşayan həmvətənlərimizlə görüşlər keçirməsi nəticəsində illərdir həllini tapmayan və gizli qalan problemlərə işıq salınıb, bu məsələlərin həllində ciddi yol qət edilib. Bunlardan biri də, Türkiyədə, xüsusuilə İstanbul şəhərində sənədsiz məskunlaşmış azərbaycanlıların qeydiyyat problemləridir ki, komitə bu problemlərin həlli üçün lazım olan bütün addımları atır, digər dövlət qurumları ilə birgə iş aparır. Bu məsələ komitənin səyləri nəticəsində yaxın gələcəkdə tamamilə həllini tapacaq.

Valeh Hacıyev komitənin son aylarda Türkiyədə həyata keçirdiyi layihələrdən danışıb. Türkiyədə 20 minə yaxın azərbaycanlı tələbənin təhsil aldığını deyən V.Hacıyev yeni yaradılmış İstanbul Gənc Azərbaycanlılar Dərnəyinin bu tələbələri bir yerdə toplamaqla, Azərbaycan adına əhəmiyyətli layihələrdə yer almasını təmin etmək və onların qarşılaşdıqlarını problemlərin həlli üçün bütün istiqamətlərdə dəstək verəcəyini bildirib. Görüşdə Ankara, İzmir, Eskişəhər, İstanbul başda olmaqla, Türkiyənin bir çox şəhərlərində fəaliyyət göstərən dərnək rəhbərləri, elm, təhsil, incəsənət, və s. sahələrdə söz sahibi olan həmvətənlərimiz çıxış edərək, fəaliyyətləri, görülən işlər və qarşılaşdıqları problemlər haqqında danışıblar. Dərnək rəhbərləri yeni layihələr və görüləcək işlər barəsində nümayəndə heyətinə məlumat veriblər.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi