​Türkiyədə prospeklərindən birinə “Azərbaycan Xocalı” adı verilib

​Türkiyədə prospeklərindən birinə “Azərbaycan Xocalı” adı verilib Kırıkkale şəhərində “Xocalı soyqırımı və erməni gərçəkləri” mövzusunda konfrans keçirilib
Xarici siyasət
16 Fevral , 2015 23:59
​Türkiyədə prospeklərindən birinə “Azərbaycan Xocalı” adı verilib

Bakı. 16 fevral. REPORT.AZ/ Fevralın 14 Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Türkiyənin Kırıkkale şəhərində “Xocalı soyqırımı və erməni gərçəkləri” mövzusuna həsr olunmuş konfrans keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən "Report"a verilən məlumata görə, Türkiyə Kamu Çalışanlar Fondunun (TÜRKAV) Kırıkkale Şöbəsi tərəfindən təşkil olunan tədbirdə səfirliyin, Kırıkkaleyə bağlı Sulakyurt rayonunun nümayəndələri, çox sayda elm adamları və türk ictimaiyyətinə məxsus şəxslər iştirak edib.

Tədbir zamanı Qazi Universitetinin professorları Əflatun Nemətzadə və Cəmaləttin Taşkıran, həmçinin Türkiyə Birjalar Birliyi Universitetinin professoru Saleh Sultansoy çıxış edərək Xocalı soyqırımı və onun nəticələri barədə iştirakçılara ətraflı məlumat verib.

Çıxışlar zamanı məruzəçilər Xocalı soyqırımının törədilməsində təcavüzkar Ermənistan dövlətinin əməllərini, dünya ictimaiyyətində soyqırımla bağlı bilinməyən gərçəklərin mövcudluğunu və son illərdə türk dünyasında müşahidə olunan inkişafa diqqət çəkib.

Həmçinin tədbir çərçivəsində, səfirliyin təklifinə əsasən Sulakyurt rayonunda yerləşən bir prospektə “Azərbaycan Xocalı” adı verilib. Mərasim zamanı səfirliyin əməkdaşı Nadir Cəfərov çıxış edərək sözügedən prospektin iki ölkə arasında mövcud olan bir millət iki dövlət şüarının göstərgəsi olduğunu qeyd edib. Prospektin açılış mərasimini Sulakyurt rayonu icra başçısı İsmail Bildik, Mərkəzi İdarə Heyətinin sədri Halil Öztürk və TÜRKAV-ın Kırıkkale şöbəsinin rəhbəri Murat Buluç həyata keçirib.

Son xəbərlər

Orphus sistemi