Türkiyədə Heydər Əliyevin anım günü keçiriləcək

Türkiyədə Heydər Əliyevin anım günü keçiriləcək Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov dekabrın 10-da Türkiyənin Ankara şəhərinə səfər edəcək.
Xarici siyasət
9 Dekabr , 2022 16:24
Türkiyədə Heydər Əliyevin anım günü keçiriləcək

Türkiyənin paytaxtı Ankara şəhərində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi tədbirlər təşkil edəcək.

Bu barədə "Report"a parlamentdən məlumat verilib.

Tədbirlərdə iştirak etmək üçün Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov dekabrın 10-da Türkiyəyə səfər edəcək.

Səfər dekabrın 14-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi