Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının ikinci ildönümü ilə əlaqədar Bakıda təbir keçirilib

Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının ikinci ildönümü ilə əlaqədar Bakıda təbir keçirilib Əli Həsənov: "Azərbaycan bu məsələdə Türkiyəyə dəstək verib"
Xarici siyasət
16 İyul , 2018 12:08
Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının ikinci ildönümü ilə əlaqədar Bakıda təbir keçirilib
Report/Elçin Murad

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının ikinci ildönümü ilə əlaqədar Bakıda anım təbiri keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral, Azərbaycan Milli Məclisinin deputatları, KİV rəhbərləri iştirak ediblər.

Çıxış edən Erkan Özaral deyib ki, Türkiyədə 2016-cı ilin 15 iyulunda baş verən hadisələr üzücüdür. Onun sözlərinə görə, bu, dövlətə qarşı xəyanət idi.

Səfir bu məsələdə xalqın vahid mövqedən çıxış etdiyini vurğulayıb: “Bu, milli dastandır. Biz bununla qürur duyuruq. Xəyanətkar şəbəkə islam dinindən istifadə edərək çevriliş etməyə çalışdılar. Bunların islam dininə aidiyyatı yoxdur. Bunlar hər cür yola əl atdılar ki, məqsədlərinə nail olsunlar. Çünki bu şəxslər satılmışdılar. Xalq isə iradəsini ortaya qoydu. Kimsə türk millətini məğlub edə bilməz. Dünya var olduqca, bu millət dövlətinə sahib çıxacaq”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışı zamanı deyib ki, rəsmi Bakı bu məsələdə Türkiyəyə dəstək verib.

O, hər iki ölkənin tarixində oxşar hadisələrə diqqət çəkib.

Sonra 15 iyul hadisələrinə həsr edilən sənədli film nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi