Türkiyə XİN başçısı: "Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir"

Türkiyə XİN başçısı: "Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir" “Xüsusi nümayəndələrin vəzifəsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin mərhələləli şəkildə normallaşmasıdır”.
Xarici siyasət
23 Avqust , 2022 11:46
Türkiyə XİN başçısı: Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir

“Xüsusi nümayəndələrin vəzifəsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin mərhələləli şəkildə normallaşmasıdır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib.

“İndiyədək etimad mühitini təmin edən bəzi addımlar atılıb. Amma bu prosesi Azərbaycanla Ermənistan münasibətlərindən ayrı təsəvvür edə bilmərik. Cənubi Qafqazdakı əsaslı sabitlik həmin dövlətlərin imzaladığı müqavilə nəticəsində təmin ola bilər. Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir”, - o bildirib.

“Sonuncu seçkilərdə Ermənistan xalqı baş nazir Nikol Paşinyana çox ciddi dəstək verdi. Diaspora sığınmağa ehtiyac yoxdur. Biz deyirik ki, gəlin, Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirək. Bu zaman hər kəs, o cümlədən də Ermənistan qazanar” - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi