​Türkiyə XİN rəhbəri Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək

​Türkiyə XİN rəhbəri Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək Feridun Sinirlioğlu bu həftə Azərbaycana səfər edəcək
Xarici siyasət
14 Sentyabr , 2015 10:15
​Türkiyə XİN rəhbəri Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu Azərbaycana səfər edəcək.

"Report" Türkiyə XİN-in saytına istinadən xəbər verir ki, Türkiyə xarici işlər nazirinin rəsmi səfəri iki ölkə arasında müntəzəm həyata keçirilən yüksək səviyyəli səfərlər çərçivəsində sentyabrın 15-16-da baş tutacaq.

Səfər zamanı F.Sinirlioglu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək. Görüşdə ikitərəfli əməkdaşlıq və regiondakı vəziyyət, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.

Bundan əlavə, Türkiyə xarici işlər nazirinin Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşləri planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi