Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın sonlarında Azərbaycana səfər edəcək.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun "Report"a məlumat verib.
Onun sözlərinə görə, səfərin tarixi diplomatik kanallarla dəqiqləşdirilir. Səfir, həmçinin əlavə edib ki, səfər zamanı ikitərəfli əməkdaşlıq perspektivləri, eləcə də regional və beynəlxalq səviyyədə hazırda maraq doğuran bir sıra məsələlər müzakirə olunacaq.