Türkiyə XİN: Beynəlxalq ictimaiyyəti Qarabağdakı “seçkiləri” tanımamağa çağırırıq

Türkiyə XİN: Beynəlxalq ictimaiyyəti Qarabağdakı “seçkiləri” tanımamağa çağırırıq Türkiyə beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda keçiriləcək qondarma prezident və parlament seçkilərini tanımamağa çağırıb.
Xarici siyasət
30 Mart , 2020 14:19
Türkiyə XİN: Beynəlxalq ictimaiyyəti Qarabağdakı “seçkiləri” tanımamağa çağırırıq
0 : 00
0 : 00

Türkiyə beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda keçiriləcək qondarma "prezident və parlament seçkilərini" tanımamağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

“Bu addım BMT Təhlükəsizlik Şurasının qərarları və ATƏT-in prinsipləri daxil olmaqla hüququn açıq şəkildə pozulmasıdır. ATƏT-in Minsk qrupu daxil olmaqla, beynəlxalq ictimaiyyəti bu "seçkiləri" tanımamağa çağırırıq. Türkiyə Azərbaycanın suverenlik və ərazi bütövlüyünü pozacaq bu qeyri-legitim seçkiləri tanımır”.

Son xəbərlər

Orphus sistemi