​Türkiyə XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin həlli bütün regionun inkişafına yol açacaq"

​Türkiyə XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin həlli bütün regionun inkişafına yol açacaq" "Biz Azərbaycanın yanındayıq və hər zaman onun yanında olacağıq"
Xarici siyasət
16 Sentyabr , 2015 15:18
​Türkiyə XİN başçısı: Dağlıq Qarabağ münaqişəsinin həlli bütün regionun inkişafına yol açacaq

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Türkiyə Azərbaycan üçün yalnız dost deyil, həm də strateji tərəfdaşdır". "Report" xəbər verir ki, bu barədə Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdikləri mətbuat konfransında Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu bildirib.

Nazir Azərbaycanın regionun sürətlə inkişaf edən ölkələrindən biri olduğunu vurğulayıb: "Biz Azərbaycana regionda çox böyük önəm veririk. Biz Azərbaycanın yanındayıq və hər zaman onun yanında olacağıq". 

F.Sinirlioğlu deyib ki, işğal olunmuş ərazilər problemi Azərbaycan üçün çox vacib məsələdir və Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına çağırır: "Bu münaqişənin həlli bütün regionun inkişafına yol açacaq". 

Türkiyə XİN başçısı həmçinin iki ölkənin enerji sahəsində səmərəli əməkdaşlıq etdiyini və əsas ticarət tərəfdaşları olduqlarını qeyd edib.

Son xəbərlər

Orphus sistemi