Yuxarı

​Türkiyə XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsi Qafqazın gələcəyini təhdid edir"

Mövlud Çavuşoğlu: Bölgənin sabitliyi və gələcəyi üçün biz də bu problemin həlli istiqamətində fəaliyyət göstərəcəyik

Bakı. 10 avqust. REPORT.AZ/ "Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdə bir çox məsələləri dəyərləndirdik. Azərbaycan-Türkiyə-İran mexanizminin qurulduğunu söylədilər. Azərbaycan-Türkiyə-Rusiya mexanizminin qurulması məsələsi də gündəliyə gəldi".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlıu "Anadolu" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, üçtərəfli görüş keçiriləcək.

"Dağlıq Qarabağ münaqişəsi Qafqazın gələcəyini təhdid edir. Biz əvvəllər də bu məsələnin həll edilməsi üçün fəaliyyət göstərmişik. Bu istiqamətdə Rusiyanın da təşəbbüsləri var. Həm ATƏT-in Minsk qrupu, həm də Rusiya prezidenti Vladimir Putin bu istiqamətdə təşəbbüslər göstərir. Ermənistana etdiyimiz təkliflərlə Rusiyanın təklifləri üst-üstə düşür. Bölgənin sabitliyi və gələcəyi üçün biz də bu problemin həlli istiqamətində fəaliyyət göstərəcəyik. Üçtərəfli mexanizm (Azərbaycan-Türkiyə-Rusiya üçlüyünü nəzərdə tutur - "REPORT") daxilində bunu dəyərləndirməyə imkanımız olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi