Türkiyə XİN başçısı Bakıya gəlib

Türkiyə XİN başçısı Bakıya gəlib Bu gün o, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək
Xarici siyasət
18 Fevral , 2016 11:19
Türkiyə XİN başçısı Bakıya gəlib

Bakı. 18 fevral. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Bakıya gəlib.

"Report" xəbər verir ki, bu gün o, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Xatırladaq ki, bu gün Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası keçirilməli idi. Amma Ankarada törədilmiş terror aktı ilə əlaqədar olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərini təxirə salıb.

Onu da əlavə edək ki, fevralın 19-da Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır.

İngilis versiyası Turkish FM arrives in Baku

Son xəbərlər

Orphus sistemi