Bakı. 1 yanvar. REPORT.AZ/ Türkiyə bu gündən xarici vətəndaşların ölkəyə giriş qaydalarını dəyişir.
"Report" Türkiyə XİN məlumatına istinadən xəbər verir ki, viza müddətinin bitməsindən ən çox 60 gün etibarlılıq müddəti olan xarici pasport və ya onu əvəz edən sənəd hər bir xarici vərəndaşda olmalıdır.
Qeyd edək ki, bu qayda həmçinin Azərbaycan vətəndaşlarına da şamil olunub, baxmayaraq ki, azərbaycanlıların Türkiyəyə səfər etmələri üçün viza tələb olunmur.