Fərid Şəfiyev: "Türkiyə və İranın araşdırma mərkəzləri ilə üçtərəfli formatda görüşlər keçirəcəyik"

Fərid Şəfiyev: "Türkiyə və İranın araşdırma mərkəzləri ilə üçtərəfli formatda görüşlər keçirəcəyik" "Türkiyə və İran araşdırma mərkəzləri Bakıya gəliblər və biz üçtərəfli formatda görüşlər keçirəcəyik".
Xarici siyasət
22 Sentyabr , 2021 10:03
Fərid Şəfiyev: Türkiyə və İranın araşdırma mərkəzləri ilə üçtərəfli formatda görüşlər keçirəcəyik
Fərid Şəfiyev

"Türkiyə və İranın araşdırma mərkəzlərinin rəhbərləri Bakıya gəliblər və biz üçtərəfli formatda görüşlər keçirəcəyik".

"Report"un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, araşdırma mərkəzlərinin rəhbərləri Azərbaycana Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəvəti ilə gəliblər: "Bu görüş çoxdan planlaşıdırılırdı, ancaq pandemiya səbəbində təxirə salınırdı. Biz İran və Azərbaycan arasında müəyyən gərginliyi hiss edirik. Üçlü formatda olan görüş bir növ bunun üçün planlaşdırılıb. Bu gün əsas məqsədimiz İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyəti, regionda yeni potensial və digər layihələri, o cümlədən nəqliyyat və digər layihələri müzakirə etməkdir".

Mərkəzin sədri Vətən müharibəsindən sonrakı vəziyyət barədə danışıb: "Gündəlikdə sülh sazişi var, Ermənistan isə buna qeyri-konstruktiv yanaşır. Türkiyə və Azərbaycan rəhbərləri tərəfindən 3+3 formatı təklif olunur. Çox güman ki, 6 ölkənin yaxın zamanda bir araya gəlməsi çətin məsələdir. Ona görə də biz düşündük ki, müxtəlif üçlük, dördlük formatları çərçivəsində bir araya gələk".

Son xəbərlər

Orphus sistemi