Türkiyə səfirliyinin əməkdaşları Bakıda türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər

Türkiyə səfirliyinin əməkdaşları Bakıda türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər Səfir Erkan Özoral abidə önünə əklil qoyub
Xarici siyasət
30 Avqust , 2017 11:31
Türkiyə səfirliyinin əməkdaşları Bakıda türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər
Report.az

Bakı. 30 avqust. REPORT.AZ/ Türkiyənin milli bayramı - Qələbə Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral və səfirlik əməkdaşları türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

"Report" xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib, ardından səfir E.Özoral abidə önünə əklil qoyub.

Səfir çıxış edərək, bu gün Türkiyənin qələbəni qürurla qeyd etdiyini bildirib: "Qələbə türklərin həmişə azadlıq və kimliyini qorumağa qadir olmasının sübutu olub."

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri, həmçinin Şəhidlər Xiyabanındaki "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

Son xəbərlər

Orphus sistemi