Türkiyə səfiri: "Tarixə olan inamımızı qoruyaraq dünyaya əsl həqiqətləri sübut edəcəyik"

Türkiyə səfiri: "Tarixə olan inamımızı qoruyaraq dünyaya əsl həqiqətləri sübut edəcəyik" "Dərdimizi və o dövrün gerçəklərini anlatmalıyıq"
Xarici siyasət
24 Aprel , 2015 11:42
Türkiyə səfiri: Tarixə olan inamımızı qoruyaraq dünyaya əsl həqiqətləri sübut edəcəyik

Bakı. 24 aprel. REPORT.AZ/. "Əsassız "soyqırım" iddiaları ilə bağlı doğrulardan qaçmadan, tarixə olan inamımızı qoruyaraq əsl həqiqətləri dünyaya sübut edəcəyik". "Report" xəbər verir ki, Çanaqqala zəfərinin yüz illiyi münasibətilə Türkiyənin Bakıdakı səfirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə elan etdikləri ədəbi müsabiqənin qaliblərinin mükafatlandırma mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun belə deyib.

Onun fikrincə, hazırda Türkiyənin və ortaq türk tarixinin qaralanması kampaniyası gedir: "Dünyaya dərdimizi və o dövrün gerçəklərini anlatmalıyıq. Biz bu gerçəkləri duyğusal şəkildə deyil, tarixi faktlarla hamıya çatdırmalıyıq. Əsassız iddialara tutarlı cavab verəcəyik. Bunu mücadilə formasında deyil, qarşılıqlı şəkildə bir-birini anlama formasında edəcəyik. Biz doğru olduğunu bildiyimiz məsələləri deməkdən imtina etməyəcəyik".

Son xəbərlər

Orphus sistemi