Türkiyə səfiri: "Şuşa Bəyannaməsi hər kəs üçün bir tapşırıqdır"

Türkiyə səfiri: "Şuşa Bəyannaməsi hər kəs üçün bir tapşırıqdır" “30 il ərzində azərbaycanlı hərbçilər Türkiyədə təlimlər keçdilər, təhsil aldılar. 30 il ərzində Türkiyə və Azərbaycan güclənib”.
Xarici siyasət
7 İyul , 2022 15:34
Türkiyə səfiri: Şuşa Bəyannaməsi hər kəs üçün bir tapşırıqdır

“30 il ərzində azərbaycanlı hərbçilər Türkiyədə təlimlər keçdilər, təhsil aldılar. 30 il ərzində Türkiyə və Azərbaycan güclənib”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan Xarici İşlər Nazirliyi ilə ADA universitetinin birgə həyata keçirdiyi “Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri” mövzusunda “Diplomatiya həftəsi” çərçivəsində "Şuşa Bəyannaməsindən sonra Türkiyə-Azərbaycan müttəfiqlik münasibətləri, yeni regional reallıqlar və Qarabağın yenidən qurulması və inkişafında Türkiyənin rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, nəticədə Azərbaycan Ordusunu gücləndirərək 44 gün ərzində 30 illik işğalı sona çatdırıb:

“Azərbaycan-Türkiyənin əlaqələri bölgədə digər ölkələrə də örnəkdir. Dostlar, əlinizin altında həmişə Şuşa Bəyannaməsi olsun. Onu sətir-sətir bilməliyik. Şuşa Bəyannaməsi hər kəs üçün bir tapşırıqdır. Şuşa Bəyannaməsi hər birimiz üçün yol xəritəsidir. Prezidentlərimizin belə bir ifadəsi var: “Gücümüz birliyimizdədir!” Birlikdə olarsaq əlimiz daha güclü olar. Biz həmişə bir yerdə və birlikdə olmalıyıq. Şuşa Bəyannaməsi gələcək üçün bir addımdır”.

Son xəbərlər

Orphus sistemi