Türkiyə səfiri polşalı turistlə ingilis dilində danışan 13 yaşlı yeniyetmə ilə görüşüb

Türkiyə səfiri polşalı turistlə ingilis dilində danışan 13 yaşlı yeniyetmə ilə görüşüb Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Qubaya gedib, 13 yaşlı İbrahim Zeynalovla görüşüb.
Xarici siyasət
15 mart 2023 11:01
Türkiyə səfiri polşalı turistlə ingilis dilində danışan 13 yaşlı yeniyetmə ilə görüşüb

Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Qubaya gedib, 13 yaşlı İbrahim Zeynalovla görüşüb.

“Report” xəbər verir ki, diplomat bu barədə tvitterdə yazıb.

“Eşitdim ki, hüquqşünas olmaq istəyir. Ona uğurlar arzulayırıq. Təhsilinə hər zaman dəstək verməyə hazır olduğumu söylədik”, - səfir bildirib.

Qeyd edək ki, Xınalıqda yaşayan 13 yaşlı İbrahim Zeynalovun polşalı turistlə ingilis dilində dialoqu bu günlərdə sosial mediada yayılmışdı. O, bu video ilə məşhurlaşmışdı.

Son xəbərlər

Orphus sistemi