Türkiyə səfiri HDP-dən olan bəzi millət vəkillərinin həbsinə münasibət bildirib

Türkiyə səfiri HDP-dən olan bəzi millət vəkillərinin həbsinə münasibət bildirib "Hər kəs hüquq qarşısında məsuliyyət daşıyır və işlənən cinayət cəzasız qalmamalıdır"
Xarici siyasət
7 Noyabr , 2016 16:06
Türkiyə səfiri HDP-dən olan bəzi millət vəkillərinin həbsinə münasibət bildirib

Bakı. 7 noyabr. REPORT.AZ/ "Türkiyədə millət vəkillərinin həbsi ilə bağlı proses yeni başlamayıb".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan partiyaların 154 deputatının toxunulmazlıq hüququ aradan qaldırılıb: "Onlardan bəziləri bu günə kimi prokurorluğa gedib ifadə veriblər. Sözügedən millət vəkillərinin həbsinin səbəbi bu günə kimi ifadə verməmələridir. Hər kəs hüquq qarşısında məsuliyyət daşıyır və işlənən cinayət cəzasız qalmamalıdır". 

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) bir qrup deputatı həbs olunub.