Türkiyə səfiri Azərbaycanı sentyabrda tərk edəcək

Türkiyə səfiri Azərbaycanı sentyabrda tərk edəcək İsmayıl Alper Çoşqun işinə Türkiyə XİN-də davam edəcək
Xarici siyasət
8 İyul , 2016 13:34
Türkiyə səfiri Azərbaycanı sentyabrda tərk edəcək

Bakı. 8 iyul. REPORT.AZ/ Diplomatik fəaliyyətini başa vurmaq üzrə olan Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ölkəmizi sentyabr ayında tərk edəcək.

Səfirlikdən "Report"a verilən məlumata görə, diplomat karyerasını Türkiyə Xarici İşlər Nazirliyində davam etdirəcək.

Qeyd edək ki, İ.A.Coşqun Azərbaycandakı diplomatik missiyasına 2012-ci il sentyabr ayında bu postda Hulusi Kılıçı əvəzləməklə başlamışdı.

Onu da bildirək ki, Türkiyənin Azərbaycandakı yeni səfiri Hulusi Kılıçın sabiq müavini Erkan Özoral təyin edilib.

Son xəbərlər

Orphus sistemi