Türkiyə səfiri: "Azərbaycan bölgədə daha güclü bir ölkəyə çevrilib"

Türkiyə səfiri: "Azərbaycan bölgədə daha güclü bir ölkəyə çevrilib" "Ermənilər hava hücumundan müdafiə sistemlərinə və yaratdıqları xəttlərə güvənirdilər"
Xarici siyasət
19 May , 2021 10:36
Türkiyə səfiri: Azərbaycan bölgədə daha güclü bir ölkəyə çevrilib
Cahit Bağçı

"Ermənilər hava hücumundan müdafiə sistemlərinə və yaratdıqları müdafiə xəttlərə güvənirdilər, ancaq onlar Azərbaycan Ordusunun Vətənə və bayrağa olan sevgisini hesablaya bilməmişdilər".

Bunu “Report”a eksklüziv müsahibəsində Türkiyənin Azərbaycandakı yeni fövqalədə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

"Şübhəsiz ki, cənab İlham Əliyevin əzmkar, qətiyyətli çıxışları Azərbaycan Ordusuna cəsarət və böyük mənəvi motivasiya verirdi. Digər tərəfdən, Prezident Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsində güclü siyasi dəstəyi də son dərəcə vacib idi. Bundan əlavə, xarici işlər nazirimiz cənab Mövlud Çavuşoğlunun həmin kritik dövrdə diplomatiyada göstərdiyi dəstək və həmrəylik qardaş Azərbaycanın bu ədalətli mübarizəsinin siyasi müstəvidə qələbə qazanmasında böyük rol oynadı. Türkiyə hər platformada hər zaman Azərbaycanın haqq işində yanında olub və dəstəkləyib. Bu, qardaşlığımızın bir tələbidir. Bu baxımdan, bundan sonra heç bir şey əvvəlki kimi olmayacaq. Azərbaycan bölgədə daha güclü bir ölkəyə çevrilib", - diplomat qeyd edib.

Son xəbərlər

Orphus sistemi