Türkiyə səfiri: "AŞPA-nın qərarını tanımırıq"

Türkiyə səfiri: "AŞPA-nın qərarını tanımırıq" "Bu qərarın bizim üçün heç bir qüvvəsi yoxdur"
Xarici siyasət
2 May , 2017 13:06
Türkiyə səfiri: AŞPA-nın qərarını tanımırıq
Report.az

Bakı. 2 may. REPORT.AZ/ "Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyənin yenidən monitorinq prosesi altına alması barədə qərarını tanımırıq".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, bu qərar siyasi xarakterlidir və onun arxasında digər məqsədlər dayanır: "Bu qərarın bizim üçün heç bir qüvvəsi yoxdur. Türkiyənin rəsmi qurumları, prezidentimiz, baş nazirimiz bu məsələ ilə bağlı mövqelərini bildiriblər və bu qərarı qınayıblar". 

Son xəbərlər

Orphus sistemi