Yuxarı
    Bağlamaq

    Türkiyə SAM rəhbəri: "Hər zaman Azərbaycanın yanındayıq"

    Əli Rəsul Usul: ABŞ gec-tez Fətullah Güləni Türkiyəyə ekstradisiya edəcək

    Bakı. 7 oktyabr. REPORT.AZ/ "ABŞ gec-tez Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Güləni Türkiyəyə ekstradisiya edəcək".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əli Rəsul Usul deyib.

    "Təsəvvür edin ki, ABŞ-da terror təşkilatı var və onun lideri Türkiyədə yaşayır. Sizcə, bu, mümkündür? Elə buna görə də Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsində ABŞ-ın mövqeyini başa düşmürük" - Əli Rəsul Usul bildirib.

    Onun sözlərinə görə, ABŞ yaxın zamanlarda terror təşkilatının rəhbərini ekstradisiya etməlidir: "Gec-tez bu baş verəcək".

    Türkiyə-Azərbaycan münasibətlərindən danışan Ə.R.Usul bu əlaqələrin inkişafından bütün bölgənin qazanacağını bildirib.

    O, həmçinin əlavə edib ki, Türkiyə həmişə Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın yanında olacaq: "Azərbaycan da Türkiyənin çətin günlərdə onun yanında olub".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi