Türkiyə prezidentinin müşaviri Azərbaycana gəlib

Türkiyə prezidentinin müşaviri Azərbaycana gəlib Yalçın Topçu Türk Kinosu Həftəsinin açılışında iştirak edəcək
Xarici siyasət
21 Noyabr , 2016 10:36
Türkiyə prezidentinin müşaviri Azərbaycana gəlib

Bakı. 21 noyabr. REPORT.AZ/ Türkiyə prezidentinin müşaviri, bu ölkənin keçmiş mədəniyyət naziri Yalçın Topçu Azərbaycana gəlib.

Bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər zamanı Y.Topçu rəsmi şəxslər, QHT nümayəndələri ilə görüşəcək, eləcə də bu gün Yunus Əmrə İnstitutu tərəfindən Bakıda təşkil edilən Türk Kinosu Həftəsinin açılışında iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi