Türkiyə prezidenti iyulun birinci ongünlüyündə Azərbaycana səfər edə bilər

Türkiyə prezidenti iyulun birinci ongünlüyündə Azərbaycana səfər edə bilər Bakı. 30 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Azərbaycana səfər edə bilər.
Xarici siyasət
1585
30 İyun , 2018 14:45
Türkiyə prezidenti iyulun birinci ongünlüyündə Azərbaycana səfər edə bilər

Bakı. 30 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Azərbaycana səfər edə bilər.

"Report"un "Timetürk"ə istinadən verdiyi məlumatına, o, həmin tarixdə Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəyini söyləyib.

"Bundan əvvəl Türkiyə prezidenti deyib ki, prezident seçiləcəyi təqdirdə ilk xarici səfərini Azərbaycana edəcək. Ona görə də Ərdoğanın Şimali Kiprdən Azərbaycana yola düşəcəyini demək olar", - xəbərdə qeyd edilib.

Məlumatda vurğulanıb ki, R.T.Ərdoğan iyulun 11-12-də Brüsseldə keçiriləcək NATO sammitində iştirak edəcək.

Qeyd edək ki, iyulun 8-də Türkiyə prezidentinin andiçmə mərasimi keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi