Türkiyə Prezidenti: "Dağılmış şəhər və kəndlər qardaşım İlham Əliyevin rəhbərliyi ilə yenidən canlanır"

Türkiyə Prezidenti: "Dağılmış şəhər və kəndlər qardaşım İlham Əliyevin rəhbərliyi ilə yenidən canlanır" "Dağılmış olan şəhər və kəndlər qardaşım İlham Əliyevin rəhbərliyi ilə canlanır".
Xarici siyasət
20 Oktyabr , 2022 18:37
Türkiyə Prezidenti: Dağılmış şəhər və kəndlər qardaşım İlham Əliyevin rəhbərliyi ilə yenidən canlanır
Rəcəb Tayyib Ərdoğan

"Dağıdılmış, yerlə-yeksan edilmiş bu kəndlər hazırda qardaşım İlham Əliyevin rəhbərliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən canlanır. Viadukları, körpüləri, dəmir yolları, avtomobil yolları, magistralları ilə yenidən bir Azərbaycan inşa edilir. Biz bunları indi yaşayırıq, görürük".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında söyləyib.

Türkiyə Prezidenti deyib: “Təbii ki, başda qardaşım İlham Əliyev olmaqla, bütün komandası ilə əl-ələ verərək atdıqları addımlar, gördükləri işlərlə bu qədər qısa müddətdə Azərbaycan, necə deyərlər, küllərindən doğaraq yenidən ayağa qalxır. Zəngilanda açılışını etdiyimiz beynəlxalq hava limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm layihədə türk şirkətlərinin də rol alması bizim üçün ayrıca iftixar mənbəyidir”.

Son xəbərlər

Orphus sistemi