Yuxarı

​Türkiyə prezidenti: "Biz də işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə Azərbaycanın yanında olacağıq"

Ərdoğan: Qardaşım İlham Əliyev biz gələk, Bakıda deyil, Ankarada görüşək dedi və gəldi

Bakı. 15 mart. REPORT.AZ/ "Azərbaycanlı qardaşlarıma göstərdikləri diqqətə görə təşəkkürümü bildirirəm. Azərbaycan həm də qara günün dostu olduğunu bir daha göstərir. Qardaşım İlham Əliyev "biz gələk, Bakıda deyil, Ankarada görüşək" dedi və gəldi".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əiyevlə birgə keçirdiyi məbuat konfransında bildirib.

"İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımıza təşəkkür edirik. Biz də işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə Azərbaycanın yanında olacağıq", - deyə o vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi