Bakı. 12 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 15-də Azərbaycana səfər edəcək.
"Report" xəbər verir ki, səfər zamanı prezidentlər - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin sədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi gözlənilir. İclas çərçivəsində ikitərəfli münasibətlərin və əməkdaşlığın müxtəlif aspektlərinin inkişafı nəzərdən keçiriləcək. Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsi, regionda və dünyada baş verən hadisələr də müzakirə olunacaq.