Türkiyə Prezidenti Azərbaycan Prezidentini və digər həmkarlarını təbrik etdi

Türkiyə Prezidenti Azərbaycan Prezidentini və digər həmkarlarını təbrik etdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Şimali Kipr Türk Cümhuriyyətinin döv
Xarici siyasət
1 Yanvar , 2021 23:04
Türkiyə Prezidenti Azərbaycan Prezidentini və digər həmkarlarını təbrik etdi
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Şimali Kipr Türk Cümhuriyyətinin dövlət başçısı Ersin Tatara telefonla zəng edib.

Bu barədə “Report” "Haber Global"a istinadən xəbər verir.

Məlumatda bildirilir ki, dövlət başçıları bir-birlərini Yeni il münasibətilə təbrik ediblər. Telefon danışıqlarında yeni ildə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək, regional məsələlərdə əməkdaşlığı gücləndirmək əzmi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi