Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım parlament rəhbəri kimi ilk səfərini Azərbaycana edəcək.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, Türkiyənin müdafiə naziri Hulusi Akar da bu vəzifədə ilk səfərini Bakıya edəcək.