TBMM sədri: “Xarıbülbül artıq can Azərbaycanın bayrağı altında coşqu ilə açır” - YENİLƏNİB

TBMM sədri: “Xarıbülbül artıq can Azərbaycanın bayrağı altında coşqu ilə açır” - YENİLƏNİB “Ermənistan işğalından 28 il sonra azadlığına qovuşan Azərbaycanın mədəniyyət paytaxtı qədim şəhər Şuşadayıq”
Xarici siyasət
18 May , 2022 17:36
TBMM sədri: “Xarıbülbül artıq can Azərbaycanın bayrağı altında coşqu ilə açır” - YENİLƏNİB

“Ermənistan işğalından 28 il sonra azadlığına qovuşan Azərbaycanın mədəniyyət paytaxtı qədim şəhər Şuşadayıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop tviterdə yazıb.

“Vətən bağının əsarət altındakı gülü xarıbülbül artıq can Azərbaycanın bayrağı altında coşqu ilə açır”, - siyasətçi qeyd edib.

Qeyd edək ki, bu gün İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı iştirakçıları Şuşa şəhərində səfərdə olub. Mustafa Şəntop həmin səfər çərçivəsində Şuşada olub.

17:02

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop işğaldan azad olunmuş Füzulidən paylaşım edib.

“Report” xəbər verir ki, bu barədə siyasətçi tviterdə yazıb.

“Bölgədəki proseslər barədə səlahiyyətli şəxslər tərəfindən məlumatlandırıldıq”, - parlament sədri bildirib.

Son xəbərlər

Orphus sistemi