Ərdoğan: "Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli platformaları müsbət nəticələr verir”

Ərdoğan: "Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli platformaları müsbət nəticələr verir” “Bugünkü görüşdə imzalayacağımız sənədlərlə əlaqələrimizi daha da gücləndirəcəyik”.
Xarici siyasət
14 dekabr 2022 09:16
Ərdoğan: Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli platformaları müsbət nəticələr verir”
Rəcəb Tayyib Ərdoğan

“Bugünkü görüşdə imzalayacağımız sənədlərlə əlaqələrimizi daha da gücləndirəcəyik”.

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə deyib.

O bildirib ki, üç ölkənin nazirlərinin iştirakı ilə təməli qoyulan üçtərəfli platformalar müsbət nəticələr verir: “Xəzərdə türkmən və azərbaycanlı qardaşlarımızla əməkdaşlığa hazırıq. Türkmənistan və Azərbaycanın ölkəmizə elektrik ixracı sahəsində də əməkdaşlığa hazırıq”.

R.T.Ərdoğan söyləyib ki, həmrəylik daha da gücləndirilməlidir: “Gənclərimizin hər il təhsil-tədris məqsədilə Qəbələdə və Avazada olmaları, orada istirahət etmələri ilə bağlı razılığa gəlmişik. Müddət, təxminən, bir ay ola bilər. Yəqin ki, həmin tələbələrimizlə birlikdə müəllimlər də səfərlərdə iştirak edəcəklər”.

Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilir.

İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi