Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq" “Bu gün TEKNOFEST festivalını ilk dəfə ölkəmizdən kənarda can Azərbaycanda keçirməyimizdən qürurluyuq”.
Xarici siyasət
28 May , 2022 16:51
Türkiyə lideri: Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq
Rəcəb Tayyib Ərdoğan

“Bu gün "TEKNOFEST" festivalını ilk dəfə ölkəmizdən kənarda can Azərbaycanda keçirməyimizdən qürurluyuq”.

“Report” xəbər verir ki, bunu “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bildirib.

“Siz gənclər sabahın PUA-larını kəşf edənlərdənsiniz. Gənclərimizlə bu sahədə birlikdə addımlayacağıq. "TEKNOFEST" nəsli bu günə qədər çox gözəl layihələrə imza atdı, Azərbaycan gənclərinin də belə uğurlara imza atacağına inanıram.

Parlamentlərimizdə təsdiqlədiyimiz Şuşa Bəyannaməsində qeyd etdiyimiz kimi, müdafiə sənayesi sahəsində fəaliyyətdə, o cümlədən kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq", - Ərdoğan əlavə edib.

Son xəbərlər

Orphus sistemi