Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dolları ötüb

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dolları ötüb Çingiz Gül: "Firmalarımız Azərbaycanda daha çox ticarət fəaliyyəti ilə məşğul olurlar"
Xarici siyasət
11 İyun , 2015 16:21
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dolları ötüb

Bakı. 11 iyun. REPORT.AZ/ "Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dolları ötmək üzrədir. Hədəfimiz 2017-ci ildə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır".

"Report" "TRTHaber"ə istinadən xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Ticarət Şurasının sədri Çingiz Gül bildirib.

Onun sözlərinə görə, Türkiyə iş adamları prezident Rəcəb Tayyib Ərdoğanın "Bakı 2015" I Avropa Oyunlarının Açılış mərasiminə qatılmasına böyük ümid bəsləyirlər.

O, neftin ucuzlaşması nəticəsində Azərbaycanın yaşadığı sıxıntılı günləri aşmaq üçün lazımi tədbirlər görüldüyünü söyləyib: "Firmalarımız Azərbaycanda daha çox ticarət fəaliyyəti ilə məşğul olurlar. Bundan başqa, şirkətlərimiz tikinti sahəsində də fəaliyyət göstərirlər".

Ç.Gül deyib ki, Türkiyə sərmayədarları üçün Azərbaycan açıq bir ölkədir: "Burada kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinə, bu sahəyə investisiya yatırılmasına ciddi ehtiyac var. Prezident Ərdoğanın Bakıya səfəri zamanı bu kimi məsələlərin müzakirə ediləcəyinə ümid edirik".


Son xəbərlər

Orphus sistemi