Türkiyə Gəncə şəhərinə yeni baş konsul təyin edib

Türkiyə Gəncə şəhərinə yeni baş konsul təyin edib Baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib
Xarici siyasət
520
4 Sentyabr , 2018 15:13
Türkiyə Gəncə şəhərinə yeni baş konsul  təyin edib
mfa.gov.az

Bakı. 4 sentyabr. REPORTAZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Dövlət protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürkü qəbul etdi.

Azərbaycan XİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş əsnasında Zəki Öztürk baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə Zəki Öztürkə gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin daha da inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər