Türkiyə Azərbaycanın iştirakı ilə Ukraynaya üçtərəfli əməkdaşlıq formatı təklif edir

Türkiyə Azərbaycanın iştirakı ilə Ukraynaya üçtərəfli əməkdaşlıq formatı təklif edir Türkiyə parlamentinin nümayəndəsi rəsmi Kiyevi Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsində əmin edib
Xarici siyasət
20 Aprel , 2018 10:21
Türkiyə Azərbaycanın iştirakı ilə Ukraynaya üçtərəfli əməkdaşlıq formatı təklif edir

Bakı. 20 aprel. REPORT.AZ/ Türkiyə parlamentinin nümayəndə heyəti Ukrayna Ali Radasına parlamentlərarası əməkdaşlığı Azərbaycanın iştirakı ilə üçtərəfli və ya dördtərəfli formatda genişləndirməyi təklif edib.

Bu barədə "Report" Ukrayna parlamentinin saytına istinadən xəbər verir.

Bu təklifi Türkiyə parlamentinin Xarici İşlər Komitəsinin sədri Volkan Bozkır Ali Radanın sədri Andrey Parubi ilə görüşdə irəli sürüb.

V.Bozkır rəsmi Kiyevi Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəyişməz dəstəkdə əmin edib.

"Ukrayna bizim üçün yalnız qonşu yox, həm də strateji tərəfdaşdır. İlkin vəzifəmiz təhlükəsizliyi və dinc həyatı təmin etməkdir", - o vurğulayıb.

Öz növbəsində, Ali Radanın sədri regional əməkdaşlığı, o cümlədən Qara dəniz regionundakı əməkdaşılığı dəstəklədiyini və onun istənilən yeni formatının Kiyev üçün maraqlı olacağını qeyd edib.

Onun fikrincə, bu, iqtisadi və siyasi əməkdaşlığın inkişafına töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi