Türkiyə Azərbaycanın Ermənistana sülh təklifini dəstəkləyib

Türkiyə Azərbaycanın Ermənistana sülh təklifini dəstəkləyib “Azərbaycanın Ermənistana sülh təklifi etməsini dəstəkləyirik. Ümid edirik ki, Ermənistan da buna qarşılıq verəcək”.
Xarici siyasət
5 Mart , 2022 14:49
Türkiyə Azərbaycanın Ermənistana sülh təklifini dəstəkləyib
Mövlud Çavuşoğlu

“Azərbaycanın Ermənistana sülh təklifi etməsini dəstəkləyirik. Ümid edirik ki, Ermənistan da buna qarşılıq verəcək”.

“Report”un xəbərinə görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Biz Ermənistanla münasibətlərdə də Azərbaycanla birgə hərəkət edirik. Əsas hədəfimiz Zəngəzur dəhlizi başda olmaqla digər məsələlərin həll olunmasıdır“, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi