Türkiyə Azərbaycandakı vətəndaşlarını təxliyə edəcək

Türkiyə Azərbaycandakı vətəndaşlarını təxliyə edəcək Türkiyə hökuməti Azərbaycandan ölkəsinə dönmək istəyən vətəndaşlar üçün təxliyə reysləri təşkil edəcək.
Xarici siyasət
17 Aprel , 2020 18:15
Türkiyə Azərbaycandakı vətəndaşlarını təxliyə edəcək

Türkiyə hökuməti Azərbaycandan ölkəsinə dönmək istəyən vətəndaşlar üçün təxliyə reysləri təşkil edəcək.

Bu barədə “Report”a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Hava Yolları Azərbaycanda olan və ölkəsinə qayıtmaq istəyən Türkiyə vətəndaşlarının təxliyəsi üçün yaxın günlərdə təyyarələr göndərəcək.  

“İndiyədək səfirliyə ölkəyə qayıtmaq üçün müraciət edən bütün vətəndaşlarımıza uçuşlarla bağlı ətraflı məlumat e-poçt, “WhatsApp” və SMS vasitəsilə çatdırılacaq. Bununla əlaqədar vətəndaşlarımızı e-poçt və telefonlarını mütəmadi olaraq yoxlamağı xahiş edirik”, - diplomatik nümayəndəlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi