Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının keçiriləcəyi şəhər dəyişdirilib

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının keçiriləcəyi şəhər dəyişdirilib Dəyişikliyə Gəncədəki güclü duman səbəb olub
Xarici siyasət
17 Fevral , 2016 14:46
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının keçiriləcəyi şəhər dəyişdirilib

Bakı. 17 fevral. REPORT.AZ/ Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının keçiriləcəyi yer dəyişdirilib.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Gəncədə keçirilməsi nəzərdə tutulan görüş Bakıda olacaq.

Dəyişikliyə Gəncədəki güclü duman səbəb olub.

"Əvvəlcədən xəbər verildiyi kimi, iclasda iştirak etmək üçün fevralın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək", - səfirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi