Yuxarı

Türkiyə-Azərbaycan Hökumətlərarası Müştərək Komissiyasının həmsədri təyin edilib

Ölkənin baş naziri Binəli Yıldırım müvafiq sərəncam imzalayıb

Bakı. 17 iyun. REPORT.AZ/ Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak Türkiyə-Azərbaycan Hökumətlərarası Müştərək Komissiyasının həmsədri təyin edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri baş nazirin birinci müavini Abid Şərifovdur.

Xatırladaq ki, B.Albayrak həm də Türkiyə ilə Əlcəzair, Çin, Liviya, Nigeriya, Uqanda və Venesuela arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası komissiyaların həmsədri təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi