Baş katib: "Azərbaycanın Zəfəri bütün türk dünyasında milli kimliyin güclənməsinə səbəb olub"

Baş katib: "Azərbaycanın Zəfəri bütün türk dünyasında milli kimliyin güclənməsinə səbəb olub" "Bu şanlı Zəfər təkcə qardaş Azərbaycanda deyil, ümumiyyətlə bütün türk dünyasında milli kimliyin və həmrəyliyin güclənməsinə səbəb olmaqla əməkdaşlığımızın daha da dərinləşməsi üçün yeni üfüqlər açıb".
Xarici siyasət
8 Noyabr , 2021 12:29
Baş katib: Azərbaycanın Zəfəri bütün türk dünyasında milli kimliyin güclənməsinə səbəb olub
Bağdad Amreyev

"Bu şanlı Zəfər təkcə qardaş Azərbaycanda deyil, ümumiyyətlə bütün türk dünyasında milli kimliyin və həmrəyliyin güclənməsinə səbəb olmaqla əməkdaşlığımızın daha da dərinləşməsi üçün yeni üfüqlər açıb".

"Report"un xəbərinə görə, bu fikirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda yer alıb.

"Eyni zamanda, Zati-alinizin Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınmış ərazi bütövlüyünün bərpası ilə yaratdığı yeni siyasi reallıq və şərait regionumuzda sabitlik, hərtərəfli əməkdaşlıq və davamlı inkişafa təkan verəcək", -məktubda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi