Türk Şurasına üzv dövlətlərin Baş prokurorları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib 

Türk Şurasına üzv dövlətlərin Baş prokurorları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçiriləcək.
Xarici siyasət
1 Noyabr , 2021 09:26
Türk Şurasına üzv dövlətlərin Baş prokurorları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş prokurorları Şəhidlər xiyabanını ziyarət edib.

"Report" xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan  həmvətənlərimizin məzarları üzərinə tər çiçək dəstələri düzüb, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyublar.

09:16

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş prokurorları Şurasının ilk iclası keçiriləcək.

"Report" xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.

Qeyd edək ki, iclas çərçivəsində, həmçinin, ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub. İclasda Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının baş prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti və digər qonaqlar iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi